Səddam Hüseyn Hitlerin oğludur?
Keçən il İraqda edam edilən sabiq prezident Səddam Hüseynin Hitlerin oğlu olması barədə ortaya yeni məlumatlar çıxıb. Məlumatlar bir neçə gün əvvəl ABŞ-da satışa çıxan yeni kitabda yer alıb. J.P.De Salesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabdakı iddiaya görə, Hitlerin məşuqələrindən biri 1936-cı ildə hamilə qalır. Bu hadisədən Hitlerin xəbəri olmur. Alman gizli təşkilatı bu uşağın Fürrer üçün problem yaradacığını düşünərək qadını Beyruta göndərir.


