Mirzə Fətəli Axundov
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812, Şəki-10 Mart, 1878). Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. 1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüş, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdir, 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır.


