Ən böyük karusel Çində olacaq
Çin dünyanın ən böyük karuselini paytaxt Pekində inşa etməyə başlayıb. 2009-cu ildə istifadəyə veriləcək attraksionun hündürlüyü 208 metrə çatacaq ki, bu da Pekinin 3-cü ən hündür tikilisi olacaq. 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarının şərəfinə inşa edilən “Beijing Great Wheel” karuseli 1920 nəfər üçün nəzərdə tutulub. Attraksion hər biri 40 nəfərlik 48 yelləncəkdən ibarət olacaq.


