Reklam verin!

Alman Klinikasına Şəxsi Səfər (1988)

Yazar: PCxopat @ Yanvar 8, 2008 15:32

Film Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.

 

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 75
Açar sözlər:
Bookmark and Share

Babək (1979)

Yazar: PCxopat @ Dekabr 27, 2007 15:10

 
Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.

Davamı...

Kino | Şərhlər(1)
Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share

Bəyin Oğurlanması (1986)

Yazar: PCxopat @ Dekabr 10, 2007 16:55

Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmi ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb.

Davamı...

Kino | Şərhlər(1)
Baxış sayı: 199
Açar sözlər:
Bookmark and Share

Fəryad (1993)

Yazar: PCxopat @ Dekabr 7, 2007 15:09

"Ögey Ana (1958)" filminin baş qəhrəmanı-balaca İsmayıl artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür...
Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Mövzunun davamında filmi canlı olaraq izləyə bilərsiniz.

Davamı...

Kino | Şərhlər(1)
Baxış sayı: 107
Açar sözlər:
Bookmark and Share

Əsl Dost (1959)

Yazar: PCxopat @ Dekabr 4, 2007 14:49

Filmdəki hadisələr Xəzər dənizinin sahilində balıqçılıq qəsəbəsində cərəyan edir. Kinolentin mərkəzində Fərmanla Əsədin taleyi durur. Uşaqlıq dostları vaxtilə məktəbə bir yerdə getmiş, orduda bir yerdə xidmət etmiş, hətta doğma qəsəbəyə də birlikdə qayıtmışlar. Filmdə dostların başına gələn qəzadan danışılır.

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 100
Açar sözlər: əsl_dost 
Bookmark and Share

Dəli Kür (1969)

Yazar: PCxopat @ Noyabr 29, 2007 14:36

Kino əsərində əsrimizin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl rus ziyalılarının Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 123
Açar sözlər: dəli-kür 
Bookmark and Share

Onu Bağışlamaq Olarmı? (1959)

Yazar: PCxopat @ Noyabr 22, 2007 19:56

 Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 129
Açar sözlər: onu-bağışlamaq-olarmı 
Bookmark and Share

Arşın Mal Alan (1965)

Yazar: PCxopat @ Noyabr 22, 2007 12:14

 Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman onun köməyinə gəlir...

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 151
Açar sözlər: arşın mal alan 
Bookmark and Share

Pəncərə (1991)

Yazar: PCxopat @ Noyabr 20, 2007 21:31

Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"-şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən yeganə çıxış yolunu tapır-özünü pəncərədən ataraq məhv olur.

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 125
Açar sözlər: pəncərə 1991 
Bookmark and Share

Qara Volqa (1994)

Yazar: PCxopat @ Noyabr 20, 2007 18:01

Filmdə "Pəncəli Aslan"ın (Laləzar Mustafayeva) başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız hesabsız cinayətlərdən və nəhayət hüquq mühafizə orqanları tərəfindən bu cinayətkar qrupun dağıdılmasından danışılır.

 

Davamı...

Kino | Şərhlər(0)
Baxış sayı: 166
Açar sözlər: qara volqa 1994 
Bookmark and Share

  Yazılar cəmi: 13    Sonrakı səhifə »