İQTİSADİ İNKİŞAF VƏ MAKROİQTİSADİ SİYASƏT (MÜHAZİRƏLƏR TOPLUSU)
G İ R İ Ş
XX əsrin son 10 illiyində Azərbaycan respublikası tarixin hökmü ilə bu əsrdə ikinci dəfə öz siyasi müstəqilliyini qoruyub saxlamağa qadir iqtisadi sistemin yaranması uğrunda mübarizə aparmağa məcbur olmuşdur. Təbiidir ki, ikinci cəhdin ictimai-siyasi və iqtisadi fonu əsrin əvvəllərində mövcud olmuş Demokratik Respublika dövründəkindən əsaslı fərqlənir. Lakin ümumi məqam ondan ibarətdir ki, kənar tə’sirlərin istiqamətliliyi dəyişməyib. Yə’ni yeni dövlət və onun iqtisadi əsası yenə də ciddi müqavimətlər şəraitində yaranır.


