Dünyanı ən çox çirkləndirən ölkə və xalq
"Center for Global Development" düşüncə qurumunun dəstəyi ilə dünyanı ən çox çirkləndirən ölkə açıqlandı. Dünyanı ən çox şirkləndirən ölkə ABŞ, ən çox çirkləndirən xalq Avstraliyalılar olduğu bilindi.
Havanın karbon qazı ilə çirkləndirilməsində ikinci yeri Çin tutur, amma adam başına düşən çirklənmə dərəcəsinə görə adam başına 10 ton olmaqla Avstraliya birinci yeri tutur. Onun ardınca isə 8 ton olmaqla ABŞ gəlir. Ümumiyyətlə baxdıqda isə karbonla çirkləndirməyə görə ABŞ birinci sırada gəlir. ABŞ`ın elektrik stansiyaları atmosferə hər il 2.5 milyard ton karbon buraxır, bu siyahıda ikinci yeri 2.4 milyard ton olmaqla Çin tutur.


