Reklam verin!

Amerika superkarı dünyada ən güclü və sürətli maşın oldu

Yazar: PCxopat @ Noyabr 14, 2007 21:54

ABŞ-ın “Shelby Supercars” şirkəti tərəfindən istehsal edilmiş “SSC Ultimate Aero TT” super avtomobili saatda 411 km sürətlə kütləvi avtomobillər arasında dünya rekordu vurub. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına salınacaq. Beləliklə, 1183 at gücü olan superkar bu göstəricilərə görə hətta məşhur “Bugatti Veyron”u da arxada qoyub. Rekordun qeydə alınması üçün avtomobil Vaşinqton ştatındakı magistrallardan birində xüsusi olaraq ayrılmış örtülü sahədə əvvəl bir, sonra isə digər istiqamətdə getməli olub. Özü də bu işə bir saatdan az vaxt sərf edilməli imiş.

Nəticədə, “SSC Ultimate Aero TT” birinci istiqamətdə saatda 413,8 km, ikincidə isə 409,7 km sürət götürüb. Beləliklə, orta qiymət, yəni saatda 411,76 km yeni rekord kimi qeydə alınıb. Qeyd etmək lazımdır ki, yeni nailiyyət buna qədər saatda 407 km sürət götürə bilmiş “Bugatti Veyron” superkarının müəyyənləşdirdiyi qeyri-rəsmi rekordu təxminən saatda 5 km qabaqlayır. Xatırladaq ki, “SSC Ultimate Aero TT” bu ilin əvvəlində artıq bir dəfə dünya rekordu vurmağa cəhd edib. Lakin o zaman bərk qar düşməsi nəticəsində maşın saatda cəmi 370 km sürət götürə bilmişdi. ”SSC Ultimate Aero TT” 6-2 litrlik səkkizsilindrli, 1183 at gücünə malik benzin mühərriki ilə təchiz edilib. Konstruktorların hesablamalarına görə, maksimal sürət saatda 411 km-dən 436 km-dək artırıla bilər.

Maraqlı | Şərhlər(0)
Baxış sayı: 162
Açar sözlər: superkar maşın avtomobil 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha