Reklam verin!

1730 gitaraçının ifasında səslənən mahnı

Yazar: PCxopat @ Noyabr 14, 2007 21:46

Hindistanın şimal-şərqində, Şillonq şəhərində 1730 gitaraçı bir araya gələrək, Ginnesin Rekordlar Kitabına girmək üçün səy göstəriblər. Eyni anda Bob Dilanın “Knocking on Heaven’s Door” (“Cənnətin qapısını döyərkən”) mahnısını ifa edən musiqiçilər bu sahədə yeniliyə imza atıblar.

Dağlıq Meqalaya ştatının paytaxtı Şillonq şəhərindəki mərkəzi stadionda keçirilən möhtəşəm tədbiri Ginnes rəsmiləri izləməsələr də, təşkilatçı Ayban Mavroh rekordlar kitabının parametrlərinə uyğun iki şəxsin şahid kimi qeyri-adi hadisəni izlədiyini bildirib. O, tədbirin videolentə köçürüldüyünü və bir nüsxənin də Ginnesin rəsmilərinə göndəriləcəyini qeyd edib.
Qeyd edək ki, bu sahədə əvvəlki rekord amerikalılara aiddir. 1721 musiqiçidən ibarət orkestr Dip Perplin “Smoke on the Water” (“Su üzərində tüstü”) mahnısını ifa etməklə Ginnesin Rekordlar Kitabına düşməyi bacarmışdı.

Maraqlı | Şərhlər(0)
Baxış sayı: 90
Açar sözlər: gitaraçı mahnı 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha